- Tribuna
- 29 Oktyabr 2019 12:20
- 10 421
Xanhüseyn Kazımlı "gülməli çıxışı"na aydınlıq gətirdi
“Mənim çıxışım olmayıb axı, yalan yazırlar"
Milli Məclisin komitə iclasında Xanhüseyn Kazımlının çıxışı yenidən paylaşılıb və sosial şəbəkələrdə ciddi müzakirə və gülüş obyektinə çevrilib.
Məsələ ilə bağlı Xanhüseyn Kazımlı belə bir çıxışı olmadığını iddia edib. Millət vəkili ümumiyyətlə yayılan videoda özünün olduğunu belə inkar edib:
“Mənim çıxışım olmayıb axı, yalan yazırlar. Yəqin səhv salmısınız”.
X.Kazımlı sözügedən video ilə bağlı mətbuat konfransı keçirəcəyini də bildirib.
Qeyd edək ki, bu il mayın 4-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib. İclasda “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin icrası haqqında” (ikinci oxunuş) qanun layihəsi müzakirə edilib. İclasda komitə üzvləri Vahid Əhmədov, Əli Məsimli, Xanhüseyn Kazımlı, Tahir Mirkişili, Aydın Hüseynov çıxış edərək 2018-ci ilin büdcəsinin icra göstəricilərindən danışıblar.
Xanhüseyn Kazımlının bu nitqi də 5 ay öncə Youtube kanalına yerləşdirilmişdi. Ancaq maraqlıdır ki, bu gün sözügedən video şəbəkədən silinib, əvəzində isə ötən gün yenidən yüklənən videolar paylaşılmaqdadır.
AzNews.az