Yeni ermənipərəst dalğa: hədəfdə Türkiyə, Azərbaycan, Rusiya, Yaxın Şərq

1905-07, 1915-18, 1987-93-cü illərin ermənipərəst dalğalarının təcrübəsi

ABŞ Konqresinin qondarma “erməni soyqırımı”nı tanımaq haqda qətnaməsinin tarixi ədalətlə heç bir bağlılığı yoxdur və hər şeydən əvvəl sırf geosiyasi mahiyyətli olub, ABŞ-ın Türkiyəyə təzyiq göstərmək istəyindən irəli gəlir.

Ancaq, qondarma “erməni soyqırımı”nın tanınması haqda qətnamənin yalnız anti-Türkiyə xarakterli olmadığını da deməyə əsaslar var. Belə ki, eyni vaxta qondarma DQR-in xarici işlər naziri də Vaşinqtona gedib və bir neçə konqresmenin iştirak etdiyi tədbirə qoşulub. 2019-cu il ərzində Ermənistana edilən ABŞ yardımlarının da 40% artdığı haqda məlumatlar var. Çox böyük ehtimalla ABŞ ermənilərə təsirini artırmaqla onların vasitəsilə həm Yaxın Şərqdə, həm Cənubi Qafqazda, həm də elə Rusiya daxilində yeni planlar qurur.

Bu mümkündür və tarixdə nümunələri də var. 1905-07-ci illər inqilabının gedişində, Rusiya imperiyasının ağır dövründə Qərblə işbirliyində olan ermənilər Cənubi Qafqazda müstəqil dövlət qurmağa qalxmışdılar. Hətta eserlərin sıralarına qoşularaq Rusiyada terror aktları da törədirdilər.

1918-ci ildə də ermənilərin dövlət qurması üçün AXC-nin rəhbərliyinə məhz qərb dövlətləri təzyiq göstərirdilər ki, İrəvan şəhərini ermənilərə paytaxt qurmaları üçün güzəştə getsinlər.

Картинки по запросу ABŞ Konqresi

1987-88-ci illərdə ermənilərin keçmiş SSRİ ərazisində Azərbaycana qarşı təcavüzünün başlanğıcı da heç də əksəriyyətin düşündüyü kimi akademik Aqambekyanın 1987-ci ilin noyabrında Fransadakı “Humanite” qəzetinə müsahibəsindən başlamamışdı. 1987-ci ilin iyununda Avropa Parlamentinin qəbul etdiyi “Erməni məsələsi haqqında” qətnamədən başlamışdı. Qətnamədə Türkiyə və SSRİ-dəki ermənilərin haqlarına dair müddəalar var idi. Ancaq, zərbə ilk növbədə zəif bənd kimi Azərbaycana dəydi.

1988-ci il Sumqayıt hadisələrindən sonra ABŞ Konqresinin ermənipərəst üzvləri bundan SSRİ və Azərbaycana qarşı istifadə etdilər.

1992-93-cü illərdə isə yenə həmin Konqresmenlərin fəallığı ilə Azərbaycana qarşı 907-ci düzəliş tətbiq edildi.

Odur ki, indi də qondarma erməni “soyqrımı”nın tanınması və ermənilərə nəzarət uğrunda başlamış bu yeni mübarizə dalğası ehtiyatlı olmağa vadar edir. Yuxarıda sadaladığımız faktlar göstərir ki, ABŞ-dakı erməni dostlarının aktivləşdiyi dövrlərin hər biri təkcə Azərbaycan üçün deyil, Rusiya üçün də fəlakətlə başa çatıb.

Məsələn, ermənilərin xüsusilə fəallaşdığı 1905-07-ci illərdə Azərbaycanda qırğınlar törətdilər, Rusiyada isə inqilaba dəstək verdilər və Rusiya rus-yapon müharibəsində məğlub oldu.

Ermənilər 1915-ci ildə Azərbaycanlılara qarşı qırğın törətdilər. Eyni vaxtda Rusiya 1-ci dünya müharibəsində idi, ölkə inqilab ərəfəsində idi və bu müharibədən məğlub olaraq ayrıldı.

1918-ci ildə yenə ermənilər Azərbaycanlılara qarşı yenə qırğın və terror hadisələri törədir və xaricdən dəstək alırlar. Paralel olaraq Rusiya imperiyası dağılır.

O dövrdə paralel olaraq “erməni kartından” Osmanlını dağıtmaq üçün də istifadə edirdilər. Yəni bu kart eyni zamanda bir neçə geosiyasi istiqamətdə istifadə olunurdu.

1987-ci ildə qərbdən ermənilərə qətnamə və s. formalarda dəstək gəlir. Paralel olaraq Azərbaycana qarşı aqressiv separatizm və terrordan istifadə olunur, eyni zamanda SSRİ-nin dağılması prosesi gedir.

Картинки по запросу erməni separatizmi

1992-1993-cü illərdə də ermənilər aqressiv siyasət aparmalarına baxmayaraq qərbdən siyasi dəstək alırlar. Azərbaycana qarşı 907-ci düzəliş tətbiq olunur. Eyni zamanda Yeltsin Rusiyası da qərblə münasibətlərdə ermənilərə arxalandığı üçün anti-Azərbaycan mövqeyindən çıxış edir. Yeltsinin bu siyasəti Azərbaycanla Rusiyanın münasibətlərini xeyli pisləşdirir, iqtisadi əlaqələr qırılır. Həm Rusiya, həm də Azərbaycan itirirdi.

İndi yenidən “erməni kartı” qərb üçün aktuallaşır. Tarix göstərir ki, “erməni kartı”ndan yenə 4 istiqamətdə istifadəyə hazırlıq gedir: Azərbaycana qarşı, Türkiyəyə qarşı və Rusiyanın əleyhinə. Hazırda aktual olan Suriya və Livan hadisələri də erməniləri böyük güclər üçün əhəmiyyətli edir. Amma ermənilərin böyük güclər arasında manevr istəyi onlar üçün fəlakətlə də nəticələnə bilər. Azərbaycan da 1987-1993-cü illərdəkindən fərqli olaraq artıq “zəif bənd” deyil.

Bu dalğada çox böyük təhlükələr, amma eyni zamanda, həm də çox böyük fürsətlər gizlənib.

İbrahim Məmmədov,
Əməkdar jurnalist