Müharibəni bundan sonra yenə də biz udacağı Müharibəni bundan sonra yenə də biz udacağı
  • Tribuna
  • 3 İyun 2021 14:18
  •  10 537

Hüquq müdafiəçisindən açıqlama: “Dəfələrlə erməni qadınlarına demişəm ki...”

Müharibəni bundan sonra yenə də biz udacağı

“Mənim şəxsən erməni qadınlarına yazığım gəlir, çünki onların da övladları müharibədə həlak olublar. Erməni qadınları Qarabağda müharibə başlayanda səslərini çıxarıb övladlarının özlərinin olmayan torpaqlar uğrunda ölməsinə etiraz etməliydilər”

AzNews.az bildirir ki, bunu Moderator.az-a açıqlamasında Dilarə Əliyeva adına Qadın Hüquqları Müdafiə Cəmiyyətinin sədri, hüquq müdafiəçisi Novella Cəfəroğlu deyib:

“Qarabağda müharibəni biz yox, ermənilə başladı. Ermənilərin xəstə, böyük Ermənistan ideyası onları məhv etdi. Mənim şəxsən erməni qadınlarına yazığım gəlir, çünki onların da övladları müharibədə həlak olublar. Erməni qadınları Qarabağda müharibə başlayanda səslərini çıxarıb övladlarının özlərinin olmayan torpaqlar uğrunda ölməsinə etiraz etməliydilər. Erməni qadınlarıyla mən dəfələrlə tədbirlərdə görüşmüşəm və demişəm ki, müharibə başlayacaq və siz uduzacaqsınız. Çünki biz onsuz da öz torpaqlarımızı işğaldan azad edəcəyik, siz isə həm torpaqlarımızdan köçüb gedəcəksiniz, həm də övladlarının həlak olacaq. O qadınlar bir dəfə də olsun səslərini çıxarmadılar”.

Hüquq müdafiəçisi deyib ki, ermənilərin sonrakı peşmançılığı fayda verməyəcək:

“Biz ermənilərə torpaqların sülh yoluyla qaytarılmasını təklif etdik, amma onlar razı olmadılar. İndi isə o qadınların başlarına döyməkləri gecdi. Onların indi ittiham etdiyi Sarksiyanlar, Köçəryanlar Qarabağda qadınlarımızın başına olmazın oyununu açıblar. Bunu ermənilər öz yazılarında da etiraf ediblər. Erməni qadınları onda səslərini çıxarıb deməliydilər ki, bu vəhşiliyi azərbaycanlılara qarşı etməməliyik. Ermənilər onsuz da özlərinə qarşı da qəddardırlar. Hələ indiyə kimi erməni hərbçilərin meyitlərini soyuducularda saxlayırlar. Erməni qadınları bu məsələni qaldırmalıdır.

İndi isə təxribata cəhd edirlər və başa düşmürlər ki, qonşuluqda bu lazım deyil. Biz həmişə təklif edirik ki, sülh müqaviləsi bağlansın və bunun sizlərə də xeyri var. Müharibəni bundan sonra yenə də biz udacağıq. Nə olur olsun, çünki biz öz torpaqlarımız uğrunda vuruşuruq”.

Qeyd edək ki, sosial şəbəkələrdə yayılan videoda erməni qadınları Qarabağda baş verən müharibəyə görə Paşinyanı yox, Köçəryan və Sarkisyanı ittiham ediblər. Onlar övladlarının hədər yerə Qarabağda həlak olduğunu bildiriblər.