Ramiz Əzizbəyli böyük istedada malik idi Ramiz Əzizbəyli böyük istedada malik idi
  • Tribuna
  • 10 İyun 2021 12:14
  •  10 704

“Azərbaycan incəsənəti üçün fəlakət ilidir” - Xalq artisti

Ramiz Əzizbəyli böyük istedada malik idi

Xalq artisti Valeh Kərimov koronavirusdan dünyasını dəyişən dostu, həmkarı Ramiz Əzizbəyli haqqında danışıb.

AzNews.az-ın məlumatına görə, Valeh Kərimov “Qafqazinfo”ya açıqlamasında Ramiz Əzizbəylinin ölümündən kədərləndiyini bildirib: “Azərbaycan incəsənətinin talanan vaxtıdır. Bizim çox böyük sənətkarlarımız dünyasını dəyişdi. Sanki fəlakət bu il Azərbaycan incəsənəti üçündür.

Ramiz Əzizbəyli böyük istedada malik idi. Hərtərəfli insan idi. Rejissor, aktyor, şair, müəllim kimi tanınırdı. Onunla telefon vasitəsilə əlaqə saxlamışdım. Hər dəfə deyirdi ki, yaxşıdır. Özünə təskinlik verirdi ki, sağalacaq. Xəstəxanaya getmək də mümkün deyildi, çünki pandemiya xəstəxanası idi.

Artıq Ramiz getdi, Azərbaycan incəsənəti onu itirdi. 1960-70-ci illərdə yetişən sənətkarlar hamısı bu illərdə getdilər. Onun kinolarını izləyirsiniz, filmlərdə rollarını görürsünüz. Mahnılar da oxuyurdu, “Bəyin oğurlanması” filmində “Aman tello” mahnısını ifa etmişdi. Xaraktercə şən insan idi, danışırdı, gülürdü, lətifə deyirdi. Allah rəhmət etsin”.