Azay Quliyev Milli Məclisin iclasında çıxış edib - VİDEO

"Gürcüstan parlamentinin “xarici təsirlərin şəffaflığı” haqqında qəbul etdiyi qanuna ABŞ və Avropa İttifaqının göstərdiyi yersiz təpki bir ölkənin suveren hüquqlarına açıq hörmətsizlik və daxili işlərinə kobud müdaxilədir.

Bir qrup ABŞ konqresmeni tərəfindən Gürcüstanın Baş Nazirinə göndərilən təhdid dolu məktubu oxuyanda onların istifadə erdiyi ifadələrə, yumşaq desək, heyrətlənməmək mümkün deyil".

AzNews.az xəbər verir ki, bunu millət vəkili Azay Quliyev qeyd edib.

"Anlaşılan odur ki, ABŞ öz agentura şəbəkəsinin və ya “təsir dairəsi”nin üzə çıxmasının qarşısını almaq üçün Gürcüstana “demokratiyanın” müdafiəsi adı altında bu cür təzyiqi davam etdirəcək.

Bu, “mənzərə” və “üslub” bizə də yaxşı tanışdır. Azərbaycan hökumətinin də maliyyə qaçaqmalçılığının qarşısını almaq və şəffaflığı təmin etmək üçün atdığı qanuni addımlara ABŞ-dan gələn reaksiya da eyni məqsədlə edilir.
Ancaq yaxşı ki, vaxtında Milli Məclis QHT-lərin xaricdən qrant alma qaydalarını şəffaflaşdırdı və xarici təsirləri minimuma endirdi", - o bildirib.