Kəlbəcər yenidən qurulur - YAP funksionerinin məqaləsi

Kəlbəcərə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın səfəri, burada öz doğma torpaqlarına qayıdan sakinlərlə görüşü, evlərin açarlarının təqdim edilməsi tarixi hadisədir. Azərbaycan tarixinin və xalqımızın yaddaşında növbəti qürur və fərəh salnaməsidir. Kəlbəcər bu gün yenidən qurulur. Artıq onun əzəli və əbədi sakinləri doğma torpaqlarına qayıdır.
Kəlbəcər və Ağdərə rayonlarına əbədi qayıdan sakinlərlə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın görüşü, onların evində olması, yaradılan şəraitlə tanışlıq olduqca önəmli hadisələrdən biridir: “Prezident İlham Əliyev də sakinlərlə görüşdə xalqımızın tarixində bu günləri önəmli hadisələr kimi həkk olunduğunu diqqətə çatdırıb. Ölkəmizin başçısı vurğulayıb ki, “doğma Vətənə, doğma şəhərə 32 ildən sonra qayıdırsınız və bu münasibətlə sizi ürəkdən təbrik edirəm. Biz ədaləti bərpa etdik, haqqımızı bərpa etdik və bugünkü tədbir bir daha onu göstərir ki, Azərbaycan xalqı iradəli xalqdır. Azərbaycan xalqı öz doğma torpağına bağlıdır və bütün çətinliklərə baxmayaraq, işğal dövründə biz nəinki inamımızı itirməmişik, hər birimiz – bütün xalq hər gün bu müqəddəs günü yaxınlaşdırırdı”. II Qarabağ müharibəsindən sonra qalib və güclü Azərbaycan dövləti özünün tarixi ərazilərində 30 ilə yaxın talanıb viran edilmiş torpaqlarında xarüqələr yaradır”.
Azad edilmiş torpaqlarımıza Prezident İlham Əliyevin və Mehriban xanım Əliyevanın hər bir səfərinin mühüm hadisələrlə yaddaşlara yazıldı: “Kəlbəcərdə, Ağdərədə açılışı edilən müəssisələr, əsası qoyulan obyektlər, evlərin sakinlərin ixtiyarına verilməsi növbəti tarixi məqam olmaqla yanaşı, sevinci hadisələrdən idi. Dövlət burada gözəl şərait yaradıb. Kəlbəcər şəhəri indi dünyanın ən gözəl mənzərəli şəhərlərindən birinə çevrilir. Artıq sakinlər birinci yaşayış kompleksində evlərlə təmin olunur. Sözsüz ki, işlər hələ də davam edir. Ölkəmizin başçısı tərəfindən təməli qoyulan növbəti yaşayış kompleksləri yaxın gələcəkdə sakinlərin məskunlaşdırılması həyata keçiriləcək. Birinci mərhələdə “Böyük Qayıdış” Proqramı çərçivəsində Kəlbəcər şəhərində dörd yaşayış kompleksinin inşası nəzərdə tutulurdu. Həmçinin bu binalarda 10 mindən çox insan yaşayacaq. Təbii ki, lazım olan bütün digər infrastruktur layihələri də icra edilib. İşıq, su, təbii qaz çəkilib, yollar salınıb, minalardan təmizləmə işi aparılıb”.
Prezident İlham Əliyev digər mesajlarındada vurğuladı ki, 90-cı illərin əvvələrində Azərbaycanda yaranmış xaosdan istifadə edən Ermənistan ölkəmizin digər əraziləri kimi Kəlbəcərin də işğalını həyata keçirərək özünün çirkin niyyətini reallaşdırmağa çalışıb. Faktiki olaraq o vaxt Kəlbəcərin işğalı ilə Ermənistanla ovaxtkı Dağlıq Qarabağ Muxtar Vilayəti arasında coğrafi bağlantı yaradılıb. 1992-ci ilin may ayında Şuşa və Laçının işğal altına düşməsi artıq o bağlantını yaratmışdı və o vaxt “Laçın dəhlizi” adlandırılan yol faktiki olaraq torpaqlarımızın gələcək işğalına yol açmışdı. Ölkəmizin başçısının da qeyd etdiyi kimi ovaxtkı Azərbaycan rəhbərliyi xəyanətkarlıq və satqınlıq siyasəti apararaq doğma diyarımızı qoruya bilməmişdir. Hələ 1992-ci ilin may ayında Şuşa və Laçının işğal altına düşməsi o vaxt hakimiyyətə can atan AXC-Müsavat cütlüyünün xəyanəti nəticəsində mümkün olmuşdur. Məhz Kəlbəcərin 1993-cü il aprelin əvvəlində işğal altına düşməsi ovaxtkı xəyanətkar rəhbərliyin bəd əməllərinin nəticəsi olub. Bu gün isə Azərbaycan dövləti Müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin Liderliyi ilə öz tarixinin ən qürurlu dövrünü yaşayır. Torpaqlarımız 2020-ci ilin 44 günlük müharibə nəticəsində azad edilib, 2023-cü ildəki bir günlük anti-terror tədbirləri nəticəsində isə uzun on illiklər ərazilərimizdə kök salmış separatizmə son qoyulub. Artıq ATƏT-in Minsk Qrupu kimi lazımsız qrumlar tarixin arxivinə göndərilib”.

Abbas Əliyev
YAP Abşeron rayon təşkilatının sədri