Türkiyənin Çankaya Universiteti Hüquq fakültəsinin dördüncü kurs tələbəsi Həsən İsmayıl Hikmət müəllimi Ceren Damarı qətlə yetirib. Türkiyənin Çankaya Universiteti Hüquq fakültəsinin dördüncü kurs tələbəsi Həsən İsmayıl Hikmət müəllimi Ceren Damarı qətlə yetirib.

İmtahandan kəsilən tələbə müəllimini güllələdi

Türkiyənin Çankaya Universiteti Hüquq fakültəsinin dördüncü kurs tələbəsi Həsən İsmayıl Hikmət müəllimi Ceren Damarı qətlə yetirib.

Tələbə qadın müəllimi atasının tapançası ilə öldürüb.

Hadisəyə səbəb tələbənin imtahan suallarını köçürərək cavablandırması olub. Bundan xəbər tutan Ceren Damar tələbəni imtahandan kəsib.

Bundan hiddətlənən Həsən İsmayıl Hikmət ondan qisas almaq niyyətinə düşüb və öz qanlı planını həyata keçirib.

Hadisə ilə bağlı istintaq gedir. Cinayətdə şübhəli bilinən tələbə saxlanılıb.(teleqraf.com)

© AzNews.az