Hamilə qadınla bir uşaq Ayvalık Dövlət Xəstəxanasına aparıb. Hamilə qadınla bir uşaq Ayvalık Dövlət Xəstəxanasına aparıb.

Qışqırıqlarını balıqçı eşitdi - 44 nəfər xilas oldu

Hamilə qadınla bir uşaq Ayvalık Dövlət Xəstəxanasına aparıb.

Türkiyənin Balıkesir şəhərinin Ayvalık bölgəsindən Yunanistanın Midili adasına getmək üçün rezin qayıqla yola çıxan miqrantlar şiddətli fırtına nəticəsində Mendirek qayalıqlarına sığınmalı olublar.

AzNews.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, qayalıqlarda köməksiz qalan miqrantların səsini eşidən bir balıqçı vəziyyəti Sahil Təhlükəsizlik Qüvvələrinə 158 qaynar xətlə bildirib.

Bundan sonra hərəkətə başlayan Ayvalık Sahil Təhlükəsizlik Qüvvələrinin qayıq və dalğıcları, Jandarma polisi, xilasetmə və sağlamlıq qrupları qayalara sığınan Cənubi Afrika, Seneqal, Konqo, Fələstin və Malidən olan 44 miqrantı xilas edib.

Xilas edilən miqrantlara ilkin müdaxilə göstərən sağlamlıq qrupları hamilə qadınla bir uşağı hər ehtimala qarşı Ayvalık Dövlət Xəstəxanasına aparıb.

Səidə Nurməmmədli

AzNews.az

image description