Ərdoğan: “Tutku, burda nə işin var?” - VİDEO

Gənc qızın dediyi hər cümlə Ərdoğanı və heyəti güldürüb

Türkiyə prezidenti Ərdoğan Trabzonun bələdiyyə sədrlərinin tanıtım iclasında çıxış edərkən maraqlı anlar yaşanıb.

AzNews.az xəbər verir ki, prezident Ərdoğan Trabzon namizədlərini açıqlamaq üçün danışarkən Tutku Yalçını görərək sözünü yarımçıq saxlayıb:

“Tutku, burda nə işin var, qız? Ay Allah iyiliyini versin. Bu Tutku bir aləm” .

Prezident Ərdoğan, İzmir namizədlərini açıqlayandan sonra Manisadakı zavodun açılışına gedərkən Halkapınar İdman Salonunda maraqlı anlar yaşayıb. Tutku Yalçın adlı gənc qız prezident Ərdoğanı çox sevdiyini deyərək başladığı nitqini polislərin 3600 əlavə göstərgəsi haqqında danışaraq davam etdirib. Gənc qızın dediyi hər cümlə Ərdoğanı və heyəti güldürüb:

Tutku Yalçın: Sənə görə ölərəm, 3 gündür burdayam. Sənin üçün otağını hazırladıq. Atamız üçün ölərəm mən, atam bir dənədir. İndi sənin yanın hara gələcəm bilirsən? Manisada iki dənə açılışın var ha, ora gələcəm.

Ərdoğan: Hər yerdə var.

Tutku Yalçın: Məsciddə də gördüm. Bir şey deyim? Bu polislərin 3600-nI hazırla artıq. Həkimə, tibb bacısına var, polislərə niyə yoxdu? Polislər səni qoruyur.

Ərdoğan: Sən deyəndən sonra yaxşı.

Tutku Yalçın: 100 günlük proqramında yoxdu amma...

Pərvanə Ağazadə
AzNews.az