Türkiyənin Konya şəhərində yük maşını qəzaya uğrayıb. Türkiyənin Konya şəhərində yük maşını qəzaya uğrayıb.

Yaralı sürücüyə kömək etmək istəyənləri maşın vurdu - Ölənlər var

Türkiyənin Konya şəhərində yük maşını qəzaya uğrayıb.

İdarəetmənin itirilməsi səbəbindən aşan yük maşının sürücüsü yaralanıb.

Bildirilir ki, hadisənin şahidləri yaralı sürücüyə kömək etmək istəyərkən onları maşın vurub. İnsident nəticəsində yaralanan 5 nəfər hadisə yerinə gəlmiş təcili yardım briqadaları tərəfindən şəhərin müxtəlif xəstəxanalarına yerləşdirilib.

Məlumata əsasən, yaralananlardan 2-si xəstəxanayada dünyasını dəyişib. Yük maşınının sürücüsü və digər yaralanan 2 nəfərin vəziyyətinin ağır olduğu bildirilir.

Sürücüyə kömək etmək istəyən insanları vuran avtomobilin sürücüsünün spirtli içki qəbul etdiyi müəyyən edilib.(trend.az)

AzNews.az