Hadisə Ankara şəhərində qeydə alınıb. Hadisə Ankara şəhərində qeydə alınıb.

Tatar voleybolçuları Türkiyədə qəzaya düşdü - FOTO

Hadisə Ankara şəhərində qeydə alınıb.

Tatarıstanın kişilərdən ibarət "Zenit" voleybol komandasının avtobusu Türkiyənin paytaxtı Ankara şəhərində qəzaya düşüb.

AzNews.az-ın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində “Zenit” komandasının avtobusu, polis maşını və 3 avtomobil toqquşub, 2 nəfər xəsarət alıb.

Yaralılar arasında voleybolçuların olmadığı deyilir.

İdmançılar avtobusu tərk edərək qaldıqları otelə kimi piyada gediblər. Çünki qəza səbəbindən yolda nəqliyyatın hərəkəti dayandırılıb.

"Komandamızla polisin müşayiəti ilə gedirdik. Biz orta sırada idik. Sağdan bir maşın biz tərəfə uçdu, sükan arxasındakı xanım sürücü idi. Nəticədə avtobus da polis maşını ilə toqquşdu.

Xanım sürücü dərhal xəstəxanaya aparıldı. O, ağrıdan möhkəm qışqırırdı. Bizdə hər şey öz qaydasındadır, otelə gəlib çatmışıq” , - bu barədə klubun üzvlərindən biri Aleksey Spiridonov danışıb.

Yanvarın 16-da “Zenit” klubu Çempionlar Liqası çərçivəsində Türkiyənin “Halkbank” klubu ilə qarşılaşacaq.

Fəridə Abdulla

AzNews.az

image description image description