"Yuxarıdan uşaqları tək-tək atdılar, mən də tutdum". "Yuxarıdan uşaqları tək-tək atdılar, mən də tutdum".

Pəncərədən atılan uşaqları tutdu - qəhrəman oldu

"Yuxarıdan uşaqları tək-tək atdılar, mən də tutdum".

Türkiyədə qəzet paylayarkən əfqan bir ailənin evindəki alovları görən Remzi Özyurt ailənin uşaqlarını xilas edib.

AzNews.az Türkiyə mediasına istinadən xəbər verir ki, Remzi Özyurt Ali Paşa məhəlləsinin Buzluk küçəsində əfqan Məhəmməd Norazinin yaşadığı iki mərtəbəli evin yandığını görüb.

O, yanğınsöndürənlərə xəbər verdikdən sonra ailəni oyandırıb və küçədə dayanaraq evin pəncərəsindən atılan iki uşağı tutub.

Məhəmməd və onun həyat yoldaşı Merziye Norazini isə yanğınsöndürənlər evdən çıxarıb.

Adyala bükülmüş 7 yaşlı Mukaddese və 5 yaşlı Ümit Norazi adlı uşaqlar polislərin qucağında təcili tibbi yardım maşınlarına aparılıb.

Əfqanıstanlı ailə Tokat Gaziosmanpaşa Universitetinin xəstəxanasına göndərilib.

Tokat bələdiyyəsi yanğını təxminən 1 saata söndürüb.

Özyurt verdiyi açıqlamada "Baxdım ki, yanğın daha da böyüyəcək. Yuxarıdan uşaqları tək-tək atdılar, mən də tutdum. Uşaqları qarşı binada yaşayan qonşularına təhvil verdim" deyib.

Pərvanə Ağazadə

AzNews.az