"O səs Türkiyə"nin qalibi seçildi - VİDEO

Qalib avtomobil qazandı.

Ötən gün axşam Türkiyənin məşhur "O səs Türkiyə" musiqi yarışmasının qalibi seçilib.

AzNews.az türk mətbuatına istinadən xəbər verir ki, Beyazit Öztürk, Murad Boz, Hadisə və Seda Sayanın münsif olduğu 113 gün davam edən yarışmanın sonunda Ferat Üngür birinci oldu.

Tamaşaçıların səsverməsinə görə qalib seçilən Ferat Üngür Murad Bozun komandasında mübarizə aparırdı. Finalda onun rəqibləri isə Gülce Kahtalı, Barış-Baran Solar qardaşları, Umut Kaç, Bartu Gürhan, Ferat Üngür və Anıl Şimşek idi.

Yarışmanın qalibinə hibrid avtomobil hədiyyə edildi.

Fəridə Abdulla

AzNews.az