Yerli əhali quşlara hücum edən tülkülərə qarşı tədbirlər görməyə başlayıb. Yerli əhali quşlara hücum edən tülkülərə qarşı tədbirlər görməyə başlayıb.

Tülkülər kəndə hücum etdi

Yerli əhali quşlara hücum edən tülkülərə qarşı tədbirlər görməyə başlayıb.

Qarın qalınlığı təxminən yarım metr olan Türkiyənin Muş bölgəsində təbiətdə yemək tapa bilməyən tülkülər kəndlərə eniblər.

Gündüz və gecə sakinlərdən qorxmayan tülkülər neylon çadır hinlərə hücum edirlər.

AzNews.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, qış mövsümünün çox qarlı olduğu Muşda vəhşi heyvanlar qida problemləri yaşayır.

Belə ki, qarın qalınlığı yarım metrə çatan torpaqda qida tapmaqda çətinlik çəkən tülkülər kəndlərdəki quşçuluq hinlərinə giriblər.

Yerli əhali quşlara hücum edən tülkülərə qarşı tədbirlər görməyə başlayıb. Kəndlərə enən tülkü sayının artdığını deyən yerli əhali ev quşlarını qorumaya aldıqlarını bildirib.

Səidə Vahid

AzNews.az