Türkiyə ordusu son iki ildə üç mindən çox terrorçu məhv edib

"Terrorçulara məxsus 3099 sığınacaq məhv edilib".

Türkiyə Silahlı Qüvvələri (TSQ) son iki ildə keçirdiyi əməliyyatlarda PKK terror təşkilatının 3333 üzvünü zərərsizləşdirilib.

“Euronews” xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Süleyman Soylu məlumat verib.

Onun sözlərinə görə, 800-dən çox terrorçu isə təslim olub:

Bundan başqa, terrorçulara məxsus 3099 sığınacaq da məhv edilib. Tonlarla silah-sursat, ərzaq, partlayıcı maddələr və terrorçuların istifadə etdiyi digər əşyalar ələ keçirilib. Şəhərdə, dağda, hər yerdə bir tərəfdən dronlar, digər tərəfdən isə əsgərlərimiz terrorçuları sıxışdırdı. Deməli, etmək mümkün imiş”.(qafqazinfo.az)

AzNews.az