Ankara şəhidi Yener Kırıkcının cənazə mərasiminə qatılan Kemal Kılıçdaroğluna hücum edilib Ankara şəhidi Yener Kırıkcının cənazə mərasiminə qatılan Kemal Kılıçdaroğluna hücum edilib

Abdullah Güldən Kılıçdaroğlu mesajı - "Qınayıram"

Ankara şəhidi Yener Kırıkcının cənazə mərasiminə qatılan Kemal Kılıçdaroğluna hücum edilib

Türkiyənin 11-ci prezidenti Abdullah Gül Hakkaridə CHP başqanı Kemal Kılıçdaroğlunun başına gələnlərlə bağlı açıqlama verib.

AzNews.az Türkiyə mediasına istinadən xəbər verir ki, sabiq prezident tvitter hesabında hücuma reaksiya göstərib.

“Ana müxalifət lideri cənab Kemal Kılıçdaroğluna bu gün edilən hücumu qınayıram. Ümid edirəm ki, siyasət dilində hakim olan nifrət sözlərinin təhlükəsi artıq nəzərə çarpar”.

Xatırladaq ki, Hakkarinin Çukurca ilçəsinin İraqla sərhədində dumanlı havanı fürsət bilən PKK-lı terroristlərlə təhlükəsizlik qüvvələri arasında atışma olub. Hadisə zamanı 4 əsgər şəhid olub, 6 əsgər isə yaralanıb. Ankara şəhidi Yener Kırıkcının cənazə mərasiminə qatılan Kemal Kılıçdaroğluna hücum edilib. Bir qrup tərəfindən etiraz edilən və fiziki hücuma məruz qalan Kılıçdaroğlu ətrafdakı təhlükəsiz evlərdən birinə aparılıb. Təxminən 2 saat sonra zirehli maşınla bölgədən uzaqlaşdırılan Kılıçdaroğlunun sağlamlığında problem olmadığı açıqlanıb.

Pərvanə Ağazadə

AzNews.az