Portuqaliya parlamenti əsil reallığı təhrif edib Portuqaliya parlamenti əsil reallığı təhrif edib

Türkiyədən Portuqaliyaya sərt reaksiya - "Qəbul edilə bilməz"

Portuqaliya parlamenti əsil reallığı təhrif edib

Türkiyə Portuqaliya parlamentinin 1915-ci il hadisələri ilə bağlı qərarına sərt reaksiya verib.

AzNews.az xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi açıqlama yayıb.

Açıqlamada deyilir ki, Portuqaliya parlamenti əsil reallığı təhrif edib, tarixi həqiqətlərə, arxiv materiallarına və hüquqa hörmət etməyib.

"Portuqaliya parlamentinin 1915-ci il hadisələri haqqında 26 aprel 2019-cu il tarixində çıxartdığı qərarı rədd edirik. Tarixi siyasiləşdirən, beynəlxalq və Avropa hüququnu heçə sayan bu cür yanaşmalar əsla qəbul edilə bilməz".

Pərvanə Ağazadə

AzNews.az