Evlilik dəstəsi, yalançı gəlin - 2 milyon fırıldaq

Suriyalılar Hatayda tutulub

Türkiyənin Hatay şəhərindən Kayseriyə gedən Suriya kökənli 5 nəfər evlilik məqsədi ilə 29 yaşlı G.Ö. və atası 51 yaşlı Ş.Ö-nü “tora salıb”.

AzNews.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, bu şəxslər özünü gəlin kimi tanıdan 20 yaşlı M.J-nin atası, xalası və digər yaxınları ilə tanış olublar.

Kayserili ailə “yalançı gəlin”lə hətta nikah işlərini də başladıb.

Bu 5 şəxs qız istəmə mərasimindən sonra toplam dəyəri 40 min lirə olan qızılları alıb və ortadan itib.

Fırıldaqçılar Hatayda tutulub. Şübhəlilərin evlilik adı ilə eyni “oyunu oynayıb” Afyon, Adana və Aksaraydakı bir çox insanı ümumilikdə 2 milyon lirə aldatdıqları ortaya çıxıb.

Səidə Vahid

AzNews.az

image description