- Türkiyə
- 11 Sentyabr 2019 12:32
- 2 248
Türkiyədə dəhşətli qəza – Çoxlu sayda ölən və yaralanan var
Mikroavtobus sürücünün idarəsindən çıxaraq dərəyə yuvarlanıb
Türkiyənin Bitlis əyalətinin Hizan mahalında sərnişin daşıyan mikroavtobusunun aşması nəticəsində 8 nəfər ölüb, 5 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.
Bu barədə AzNews.az “Sabah” nəşrinə istinadən xəbər verir.
Qəza yerinə təcili tibbi yardım briqadaları və xilasedicilər cəlb olunub.
Məlumata əsasən, yaralılar təcili yardımla Hizan Dövlət Xəstəxanasına çatdırılaraq nəzarət altına alınıblar.
Bildirilir ki, mikroavtobus səhər saat 10:00 radələrində sürücünün idarəsindən çıxaraq dərəyə yuvarlanıb.
Gül Qədirli
AzNews.az