Ərdoğan sabah Rusiyaya gedir - Putinlə nəyi müzakirə edəcək?

Türkiyə Fəratın şərqində də oxşar durumu yaratmaq üçün Rusiyadan dəstək istəyəcək

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan ABŞ ilə “Sülh çeşməsi” hərəkatına 120 saat ara verilməsi məsələsi haqda anlaşma davam edərkən sabah Rusiyaya gedəcək.

AzNews.az türk mətbuatına istinadən xəbər verir ki, ABŞ-ın nəzarətində olan yerlərdə terror təşkilatı PKK/YPG-nin çəkilmə zamanı başlayarkən Kremlin Bəşər Əsədə verdiyi dəstək Rusiya prezidenti Vladimir Putin ilə detallı şəkildə müzakirə ediləcək.

“Zeytin Dalı” və “Fırat Kalkanı” hərəkatları ilə güvənli bölgəni quran Türkiyə Fəratın şərqində də oxşar durumu yaratmaq üçün Rusiyadan dəstək istəyəcək.

Ərdoğan ilə Putin Suriya hakimiyyətinin ələ keçirdiyi Ayn el Arap, Münbiç və Kamışlıda nələr ediləcəyi danışacaq.

İki lider həmçinin İdlibdəki vəziyyəti də gündəmə gətirəcəklər.

Səidə Vahid

AzNews.az