- Türkiyə
- 12 Dekabr 2019 10:44
- 3 481
Türkiyədə 4.9 bal gücündə zəlzələ oldu

Dağıntı və tələfat barədə hələ ki, məlumat yoxdur
Türkiyənin Akdeniz bölgəsində Girit adası yaxınlarında 4,9 bal gücündə zəlzələ baş verib.
Bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyindən (AFAD) bildirilib.
Məlumata əsasən, yerli vaxtla saat 06.05-də qeydə alınan zəlzələnin ocağı 7 kilometr dərinliyindədir.
Dağıntı və tələfat barədə hələ ki, məlumat yoxdur.
AzNews.az