Türkiyə Prezidentinin baş müşaviri deyib Türkiyə Prezidentinin baş müşaviri deyib

"Ermənistan hərbi cinayətlərə görə Azərbaycandan üzr istəməlidir"

Türkiyə Prezidentinin baş müşaviri deyib

Ermənistan BMT Təhlükəsizlik Şurasının qətnamələrini, eləcə də atəşkəsi nəzərə alaraq öz qoşunlarını işğal etdiyi Azərbaycan ərazilərindən dərhal geri çəkməlidir.

AzNews.az xəbər verir ki, bunu Trend-ə Türkiyə Prezidentinin baş müşaviri Yalçın Topçu deyib.

Onun sözlərinə görə, Ankarada Qars-Ərdəhan-İğdır Cəmiyyətləri Federasiyasının təşkil etdiyi Azərbaycana dəstək məqsədilə Qarabağ mitinqi keçirilib.

Y.Topçu bəyan edib ki, Ermənistanın işğal etdiyi ərazilərdən qoşunlarını çıxarması bütün dünyanın xeyrinə olacaq: "Əgər Ermənistan rəhbərliyinin vicdanı varsa, indiyə qədər həyata keçirdiyi bütün hərbi cinayətlərə və hüquq pozuntularına görə Azərbaycana təzminat ödəyib, Azərbaycandan və BMT-dən üzr istəməlidir”.