Terror təhlükəsi ilə əlaqədar Terror təhlükəsi ilə əlaqədar

ABŞ Türkiyədəki səfirliyini bağlayıb

Terror təhlükəsi ilə əlaqədar

ABŞ-ın Türkiyədəki səfirliyi potensial terror hücumu ilə əlaqədar müvəqqəti olaraq bağlanıb.

AzNews.az xəbər verir ki, bu barədə ABŞ-ın Türkiyədəki səfirliyi xəbərdarlıq edib.

ABŞ-ın Ankara, İstanbul, Adana və İzmirdəki bütün nümayəndəliklərinin vəzifələrinin müvəqqəti dayandırıldığı açıqlanıb. Səfirlik İstanbul və Türkiyənin digər şəhərlərindəki ABŞ vətəndaşları və əcnəbiləri diqqətli olmağa çağırıb.

"ABŞ Nümayəndəliyi və Baş Konsulluğuna İstanbulda ABŞ vətəndaşlarına və xarici vətəndaşlara qarşı potensial terror hücumları və qaçırmalar barədə etibarlı məlumatlar daxil olub. ABŞ vətəndaşları ofis binaları, ticarət mərkəzləri daxil olmaqla amerikalıların və ya xaricilərin toplaşa biləcəyi yerlərdə diqqətli olmalıdırlar” , - deyə xəbərdarlıqda deyilir.