- Türkiyə
- 5 Dekabr 2020 19:45
- 3 894
Türkiyədə zəlzələ oldu

Xəsarət alanlar və dağıntı barədə məlumat yoxdur
Türkiyənin Antalya vilayətinin Qazipaşa rayonunda Rixter cədvəli üzrə 5,2 bal gücündə zəlzələ olub.
AzNews.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Yeraltı təkan Türkiyə vaxtı ilə saat 15:44-də qeydə alınıb.
Xəsarət alanlar və dağıntı barədə məlumat yoxdur.