O, ABŞ Prezidenti Donald Tramp və Türkiyəyə qarşı düşünülən sanksiyalar barədə danışıb O, ABŞ Prezidenti Donald Tramp və Türkiyəyə qarşı düşünülən sanksiyalar barədə danışıb

Türkiyə Prezidentindən ABŞ-ın mümkün sanksiyalarına reaksiya

O, ABŞ Prezidenti Donald Tramp və Türkiyəyə qarşı düşünülən sanksiyalar barədə danışıb

“Türkiyə və ABŞ NATO ölkələridir. Həm də Türkiyə NATO üçün önəmli olan 5 ölkədən biridir. Yəni, sıradan bir ölkə deyilik. Tramp və Barak Obama dövrlərində hər zaman iftixarla “Türkiyə kimi bir NATO ölkəsinə sahibik” deyilib. Amma indi Amerika bizi CAATSA (Amerikanın düşmənlərinə tətbiq etdiyi sanksiya layihəsi) ilə qarşı-qarşıya qoyur. Bu, NATO-da çox önəmli bir əməkdaşlığa qarşı hömətsizlikdir. Mən bu məsələyə belə baxıram”.

AzNews.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan səfəri sonrası KİV nümayəndələrinin suallarına cavab verərkən deyib. O, ABŞ Prezidenti Donald Tramp və Türkiyəyə qarşı düşünülən sanksiyalar barədə danışıb:

“Hazırda Trampın bu vəzifədən getdikdən sonra hansı vəzifəyə çatacağını bilmirəm, amma onun 4 illik prezidentliyi dövründə Amerika ilə problemli bir əlaqəm olmadı. Əksinə, bir çox məsələlərdə daha müsbət addımlar atdım. Digər tərəfdən, cənab Obama ilə 8 il çalışdım. Onun “Ərdoğan dünyadakı 5 dostumun ən vaciblərindən biridir” dediyi insanam. İndi də Demokratlar hakimiyyətə gəlirlər. Bəs nə oldu ki, indi Türkiyəyə belə bir sanksiya tətbiq etmək istəyirlər? Bundan əlavə, Bayden xəstə olan zaman evdə məni ziyarət edən biridir. Amerikada onunla bir neçə dəfə görüşmüş biriyəm. Məni yaxşı tanıyan biridir. Onu yaxşı tanıyıram. Lakin, bir dəfə bizimlə bağlı açıqlama verdi. Reaksiya belə vermədim. Mən bəzi şeylərə öyrəşdiyim üçün prosesləri sonradan görəcəyik. Hələ Bayden hakimiyyəti, vəzifəni təslim alsın. Bizə səbr etmək qalır”.