- Türkiyə
- 15 Fevral 2021 18:18
- 10 352
ABŞ səfiri Türkiyə XİN-ə çağırıldı

Türkiyə XİN məlumat yayıb
ABŞ-ın Ankaradakı səfiri Devid Satterfild Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb.
AzNews.az xəbər verir ki, məlumatı nazirlik yayıb.
Buna səbəb İraqın Qara bölgəsində baş verən son olaylardır.
"ABŞ-ın Türkiyədəki səfiri Xarici İşlər Nazirliyinə çağırılaraq PKK-ın törətdiyi qətliamla bağlı Dövlət Departamentinin açıqlamasında əksini tapan fikirlərə etiraz sərt şəkildə onun diqqətinə çatdırılıb", - nazirlikdən bildirilib.