"Başımız sağ olsun" "Başımız sağ olsun"

Türkiyənin məşhur aktyoru vəfat etdi - YENİLƏNİB

"Başımız sağ olsun"

Türkiyənin tanınmış aktyoru Rasim Öztəkin dünyasını dəyişib.

AzNews.az xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə naziri Fahrettin Koca özünün tvitter səhifəsində məlumat verib.

"Televizor olan hər evdə ailədən biri idi. Başımız sağ olsun", - deyə nazir bildirib.

13:59

Türkiyənin tanınmış teatr və kino aktyoru Rasim Öztəkin infarkt keçirib.

“Report” “TRTHaber”ə istinadən xəbər verir ki, 62 yaşlı aktyor xəstəxanaya yeləşdirilib.

Orada həkimlərin müdaxiləsi nəticəsində Rasim Öztəkinin vəziyyəti normallaşıb.

O, daha sonra Toraks və Ürək-Damar Cərrahiyyəsi Xəstəxanasındadır.

Rasim Öztəkinin səhhətinin yaxşılaşdığı bildirilib.

Qeyd edək ki, o, Türkiyənin “Səksənlər” serialında Ahmet, Çağatay və Nazlının atası, Çınaraltı məhəlləsinin keçmiş icra nümayəndəsi Fehmi Özdemir rolundan da tanışdır.

AzNews.az