"Pençe-Kilit" əməliyyatında yaralanan baş leytenant şəhid oldu

Türkiyənin Şimali İraqda həyata keçirdiyi "Pençe-Kilit" əməliyyatında yaralanan baş leytenant Tunahan Yavuz müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

AzNews.az xəbər verir ki, məlumatı Ədalət və İnkişaf Partiyasının Bursa millət vəkili Əhməd Kılıç "Twitter" hesabında paylaşıb.

"Pəncə-Kilit Əməliyyatı bölgəsində yaralanaraq müalicə aldığı xəstəxanada dünyasını dəyişən qəhrəman əsgərimiz Piyada Komando Baş Leytenantı Tunahan Yavuz'a Allahdan rəhmət, ailəsinə və sevənlərinə səbr diləyirəm. Millətimizə başsağlığı verirəm", - deyə o qeyd edib.

Pərvanə