- Türkiyə
- 21 Dekabr 2022 20:58
- 4 905
Kayseridə üçtərəfli görüşün nəticələrinə dair yekun sənəd imzalanıb
Türkiyə, Azərbaycan və Gürcüstan müdafiə nazirləri Kayseridə keçirilən üçtərəfli görüşün nəticələrinə dair yekun sənəd imzalayıblar.
Aznews.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, nazir Akar 1918-ci ildə Osmanlı-Azərbaycan-Gürcüstan arasında imzalanmış tarixi müqavilənin surətini hədiyyə olaraq həmkarlarına təqdim edib.