"Zeytin Dalı" və "Fırat Kalkanı" bölgələrində terror əməliyyatı keçirilib

Türkiyə Silahlı Qüvvələri "Zeytin Dalı" və "Fırat Kalkanı" bölgələrində aşkarlanan terrorçulara qarşı əməliyyat keçirib.

AzNews.az xəbər verir ki, bu barədə Milli Müdafiə Nazirliyi əməliyyatlarla bağlı məlumat paylaşıb.

"Terrorçu haradadırsa, hədəf də oradır! Suriyanın şimalında "Zeytin Dalı" və "Fırat Kalkanı" bölgələrində aşkarlanan 8 PKK/YPG terrorçusu zərərsizləşdirilib. Terror və terrorçularla mübarizəmiz qətiyyətlə davam edəcək!", - deyə məlumatda bildirilir.

Pərvanə