Adanada mühafizəçi zəlzələ zamanı yaşlı qadını 9 mərtəbə kürəyində daşıyıb

Türkiyədə baş verən zəlzələ zamanı işlədiyi sahənin mühafizə kabinəsində olan 40 yaşlı Turhan Sarıtaş təşviş içində üç bloklu ərazidən çıxan insanları sakitləşdirərək təhlükəsiz əraziyə getmələrini təmin edib.

11-ci mərtəbədə yaşayan 83 yaşlı Nezahat Yolcunun binadan çıxa bilmədiyini eşidən Sarıtaş yeraltı təkanlar davam etsə də, binaya daxil olub. 9-cu mərtəbədə pilləkənlərdən enmək istəyən qadını belinə alan Sarıtaş binadan çıxa bilib.

Mühafizəçinin təşviş içində olarkən göstərdiyi cəsarətli davranışı saytın təhlükəsizlik kameralarına düşüb.

"Aşağı düşənlər arasında 11-ci mərtəbədə yaşayan Nezahət xalanın olmadığını gördükdə sarsıntıya baxmayaraq binaya daxil oldum. 108 pilləli pilləkənlə yuxarı qalxdım. Qonşulardan biri onu 9-cu mərtəbəyə qədər endirmişdi .Ancaq tez davranmaq lazım olduğunu düşünüb Nezahət xalanı kürəyimə götürdüm. O an ağlıma nə ölüm, nə də başqa şey gəldi. Həmin an qadın "məni qoy, sən get" dedi. "Yox, xala, mən bura sənin üçün gəlmişəm, səni aşağı aparacağam, inşallah ikimizə də bir şey olmaz, birlikdə enəcəyik" dedim. O qədər panikaya düşmüşdü ki, sakitləşdirməyə çalışdım və aşağı endirərək binadan çıxardım", - deyə Sarıtaş qeyd edib.