- Türkiyə
- 17 Dekabr 2024 19:10
- 6 127
Ərdoğan: Biz Ukraynaya dair mövqeyimizi açıqladıq
Türkiyə Avropa İttifaqına (Aİ) Ukraynada atəşkəs zərurətinə dair mövqeyini çatdırıb.
Bu barədə Türkiyə dövlətinin başçısı Rəcəb Tayyib Ərdoğan məlumat verib.
Prezident Ankarada Avropa Komissiyasının sədri Ursula fon der Leyen ilə danışıqlardan sonra keçirilən brifinqdə deyib: “Biz Ukraynada tezliklə atəşkəsə nail olmaq üzrə müşahidələrimizi və mövqelərimizi açıqladıq".
Mövsüm
Aznews.az
Bundan əlavə, Ərdoğan ədalətli dünyanın təmin olunması üçün də müşahidələrin aparıldığını bildirib.