Prezident Ərdoğan İraqın baş naziri Sudani ilə görüşüb

İraqın baş naziri Məhəmməd Şia əl-Sudani və onun rəhbərlik etdiyi nümayəndə heyəti bu gün Ankaraya gəlib.

Ticarət naziri Ömər Bolat prezident Rəcəb Tayyib Ərdoğanın rəsmi dəvəti ilə Türkiyəyə səfər edən İraqın baş naziri Sudanini Esenboğa hava limanında qarşıladıqlarını açıqlayıb.

Sudani daha sonra prezident Rəcəb Tayyib Ərdoğanla görüşüb. Ərdoğan İraqın Baş naziri Sudanini saat 15:30-da Prezident Kompleksində rəsmi mərasimlə qarşılayıb.

Ərdoğan və Sudaninin görüşündə həmçinin Milli Müdafiə naziri Yaşar Gülər, Enerji və Təbii Sərvətlər naziri Alparslan Bayraktar, Milli Kəşfiyyat Təşkilatının (MİT) direktoru İbrahim Kalın və prezidentin xarici siyasət və təhlükəsizlik üzrə baş müşaviri Akif Çağatay Kılıç da iştirak edib.

Mövsüm

Aznews.az