Türkiyə Ukraynadakı nizamlamada vasitəçiliyi davam etdirmək niyyətində olduğunu bildirib

Türkiyə Ukraynadakı münaqişənin diplomatik yollarla həlli üçün vasitəçilik səylərini davam etdirəcək.

Bu barədə ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Respublika Milli Təhlükəsizlik Şurasının iclasının yekunlarına dair bəyanatında deyilir.

"Şura həmçinin Türkiyənin Rusiya və Ukrayna arasındakı münaqişəyə son qoyulmasında vasitəçilik etmək istəyini də vurğuladı", - TRT Global-in bəyanatdan sitat gətirib.

Mayın 17-də Ərdoğan artıq Türkiyənin Rusiya və Ukrayna arasında danışıqların irəliləməsi , eləcə də tərəflər arasında əlaqə kanallarının saxlanması üçün səylərini davam etdirməyə hazır olduğunu bəyan edib.

Mövsüm

Aznews.az

Close menu