- Türkiyə
- 17:34
- 959
Türkiyədə təməl üçün qazıntı aparılan yerdə məzar qalıqları aşkar edilib
Türkiyədə Bursanın İnegöl rayonundakı Yeniceköy məhəlləsinin mərkəzində, podratçı şirkətin operatoru ekskavatorla qazıntı işlərinə başlayıb.
Qazıntılar zamanı tarixi qəbirlər və saxsı qablar aşkar edilib.
Tarixi məzarları aşkar etdikdən sonra Jandarma qrupları qazıntı işlərini dayandırıb və Bursa Arxeologiya Muzeyi Müdirliyinə məlumat verilib.
Bursa Arxeologiya Muzeyi Müdirliyindən qruplar hadisə yerinə gələrək araşdırma aparıblar.
Araşdırma zamanı tarixi məzar parçaları və insan sümükləri tapılıb.
Mövsüm,
AzNews.az