Türkiyədə 23 məktəbli şokoladdan zəhərlənib

Türkiyənin Kütahya şəhərində 23 şagird zəhərlənmə şübhəsi ilə təcili tibbi yardım avtomobili ilə xəstəxanaya yerləşdirilib.

Aznews.az xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.

Qeyd olunub ki, bəzi şagirdlərdə yedikləri şokoladın səbəb olduğu düşünülərək ürəkbulanma və qusma şikayətləri qeydə alınıb.

Hadisə yerinə çağırılan təcili tibbi yardım avtomobilləri ilə 23 məktəbli xəstəxanaya çatdırılıb.

Şübhəli məhsullardan nümunələr götürülərək ekspertiza olunub, hadisənin səbəbləri araşdırılır.