- Türkiyə
- 13:12
- 1 698
Xamenei İstanbulda ABŞ-İran danışıqlarına qarşı çıxıb
İranın Ali Lideri Ayətullah Əli Xamenei ABŞ -İran danışıqlarının İstanbulda keçirilməsi ideyasını rədd edərək , Vaşinqtonla dialoqun yalnız nüvə məsələləri üzrə və yalnız Omandakı əvvəlki məsləhətləşmələrin davamı olaraq mümkün olduğunu bildirib.
BBu barədə "Hürriyet" qəzeti mənbələrə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, Ankara İstanbulda uranın zənginləşdirilməsi, ballistik raketlər və proksi qüvvələrin fəaliyyəti də daxil olmaqla geniş məsələlərin müzakirəsini təklif edərək, onları əsasən regional problemlər kimi qiymətləndirib. Bu mövzuların əvvəlcə regional dövlətlərlə müzakirə ediləcəyi və daha sonra ABŞ-la müzakirəyə çıxarılacağı və bunun dolayı danışıqlar üçün bir format təşkil edəcəyi güman edilirdi.
Qeyd olunur ki, müvafiq təklif Xarici İşlər Naziri vasitəsilə İran rəhbərliyinə çatdırılıb və Tehran əvvəlcə razılaşıb və bu barədə Türkiyə tərəfi məlumatlandırılıb. Lakin Xameneyi sonradan həm İstanbul görüşünün özünü, həm də təklif olunan formatı rədd edərək vasitəçilərin və regional ölkələrin iştirakına qarşı çıxıb. O, ABŞ-ın nüvə məsələlərində İranın yeganə tərəfdaşı olaraq qaldığını vurğulayıb.
Mövsüm,
AzNews.az