- Türkiyə
- 14:27
- 693
Türkiyədə 16 nəqliyyat vasitəsinin iştirakı ilə baş verən qəzada 13 nəfər xəsarət alıb
Türkiyədə 16 nəqliyyat vasitəsinin iştirakı ilə zəncirvari qəza baş verib , 13 nəfər yaralanıb.
Bu barədə yerli xəbər agentliyi IHA məlumat yayıb .
Qəza Sakarya vilayətindəki Anadolu şossesinin bir hissəsində baş verib. İlkin məlumatlara görə, qəzaya yol kənarında yanan təkərlərdən əmələ gələn və görünürlüyü məhdudlaşdıran qatı tüstü səbəb ola bilər.
Yaralılardan dördünün vəziyyəti ağırdır və hazırda tibbi yardım alırlar.
Mövsüm
AzNews.az