- Türkiyə
- 13:41
- 802
İstanbulda İsrail Konsulluğunun yaxınlığında atəş səsləri eşidilib, ölən və xəsarət alan var
İstanbulda İsrail Konsulluğunun yaxınlığında atəş səsləri eşidilir.
NTV-nin xəbərinə görə, bir polis əməkdaşı yaralanıb.
Leventdə yerləşən İsrail konsulluğunun yaxınlığında atəş səslərinin eşidildiyi qeyd olunur.
Hadisə yerinə çoxsaylı polis əməkdaşları və təcili tibbi yardım briqadaları göndərilib.
Bir nəfərin yaralı saxlanıldığı qeyd olunub.
Konsulluğun təxminən bir ildir bağlı olduğu deyilir./APA
xxx
İstanbulda İsrail Konsulluğunun qarşısında 3 nəfər zərərsizləşdirilib.
NTV-nin xəbərinə görə, bir nəfər ölüb, bir nəfər isə yaralıdır.
Aznews.az