- Türkiyə
- 14:52
- 865
İstanbulda İsrail baş konsulluğunun yaxınlığında atışma - VİDEO
Türkiyədə İsrailin İstanbuldakı Baş Konsolluğu qarşısında baş vermiş qanlı silahlı toqquşmanın bəzi təfərrüatları məlum olub.
Aznews.az bu barədə Türkiyə KİV-ə istinadən xəbər verir.
NTV telekanalının məlumatına görə, atışma 10 dəqiqə çəkib və şübhəlilər əraziyə taktiki- kamuflyaj geyimdə avtomat silahlarla daxil olublar.
İstanbul valisi Davut Gül isə insidentlə bağlı bildirib ki, şəxsiyyətin müəyyənləşdirilməsi üzrə işlər davam edir. Bu, təxribat xarakterli hərəkət kimi təəssürat yaradır.
"Ərazidə iş yerləri var, arxa tərəfdə konsulluq yerləşir və təxminən 2,5 ildir fəaliyyəti yoxdur. Heç bir diplomatik əməkdaş mövcud deyil. "Yapı Kredi" qarşısında baş verən hadisəni araşdırırıq. Bir hücumçu zərərsizləşdirilib. İki hücumçu yaralı vəziyyətdə ələ keçirilib",- o bildirib.
Aznews.az