Türkiyədə məktəbli liseyə hücum edib - Şagirdləri girov götürdü - VİDEO

Türkiyədə liseyə silahlı hücum olub.

AzNews.az xəbər verir ki, hadisə ölkənin Şanlıurfa əyalətinin Siverek rayonunda baş verib.

Belə ki, liseyə tüfənglə daxil olan bir nəfərin ətrafa atəş açması nəticəsində azı 16 nəfər yaralanıb.

Hücum edən şəxsin də məktəbli olduğu və şagirdlərdən bəzilərini girov götürdüyü bildirilir. Hadisə yerinə çox sayda təcili tibbi yardım briqadası və xüsusi təyinatlı polis qüvvələri cəlb olunub.

***

Türkiyənin daxili işlər naziri Mustafa Çiftçi yaralıların sayının 18 nəfərə çatdığını açıqlayıb.

Onlardan 10-uşagird, 4-ü müəllim, 1-i polis, digər bir nəfəri isə lisey əməkdaşıdır. Digərlərinin kimliyi isə qeyd olunmayıb.

Hadisəni törədənin 19 yaşlı Ömer Ket olduğu və onun daha sonradan eyni silahla intihar etdiyi bildirilib.