- Türkiyə
- 00:36
- 1 801
Türkiyədə dəhşətli qəza: İki avtomobil toqquşdu, 3 nəfər öldü - VİDEO
Türkiyənin Sivas vilayətində baş verən ağır yol-nəqliyyat hadisəsi nəticəsində 3 nəfər həyatını itirib, 2 nəfər isə yaralanıb.
Məlumata görə, qəza mərkəzi rayonun Kurtlapa kəndi yaxınlığında qeydə alınıb. İki minik avtomobilinin üz-üzə toqquşması nəticəsində ilkin məlumata əsasən 3 nəfər hadisə yerində ölüb.
Qəza zamanı yaralanan 2 nəfərdən birinin vəziyyətinin ağır olduğu bildirilir. Hadisə yerinə xilasedicilər və təcili tibbi yardım briqadaları cəlb olunub.
Yaralılar ambulanslarla Sivasdakı xəstəxanalara çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Mövsüm,
AzNews.az