“Sümüklərin rəqsi” adlı sərgidə rəssamın yağlı boya ilə çəkdiyi rəsm əsərləri təqdim olunur “Sümüklərin rəqsi” adlı sərgidə rəssamın yağlı boya ilə çəkdiyi rəsm əsərləri təqdim olunur

“Sümüklərin rəqsi” davam edir -FOTOLAR

“Sümüklərin rəqsi” adlı sərgidə rəssamın yağlı boya ilə çəkdiyi rəsm əsərləri təqdim olunur

"Sümüklərin rəqsi" adlı sərgidə gənc rəssamın yağlı boya ilə kətan üzərində çəkdiyi rəngarəng rəsm əsərləri incəsənət həvəskarlarına təqdim olunur.

Rəssam əsərlərində özünün yaradıcılıq süzgəcindən keçirdiyi mövqeyini nümayiş etdirir. Gündəlik həyatda baş verən hadisələri ümumiləşdirərək təsvirlərə ötürmək qabiliyyətindən yararlanan fırça ustasının əsərləri böyük tamaşaçı marağına səbəb olub.

Hələ əvvəllər də-2005-ci ildə "Kişi və qadın", 2007-ci ildə BMT-nin Cenevrə Bölməsinin Millətlər Sarayında "Qobustandan yol gələn naxışlar", 2008-ci ildə isə Almaniyanın Berlin şəhərində keçirilən onlarla sərgilərdə iştirak edən rəssamın əsərləri xarici sənətsevərlər və mütəxəssislər tərəfindən maraqla qarşılanıb.

Rəssam 2009-cu ildə ölkəmizi 53-cü Beynəlxalq Venesiya Biennalesində təmsil edib. N.Nəcəfov Londonun məşhur "Phillips de Pury & Company" sərgi qalereyasında Heydər Əliyev Fondunun və "Baku" jurnalının ingilisdilli versiyasının dəstəyi və təşkilatçılığı ilə keçirilən "Bakıya uçuş. Müasir Azərbaycan incəsənəti" sərgisində də iştirak edib.

Müasir incəsənətin tanınmış simalarından olan Niyaz Nəcəfov 2003-cü ildə rəssamlığa həvəskar kimi, özünün peşəkar idmançı karyerasını davam etdirməklə başlayıb.

Qeyd edək ki, fərdi sərgi martın 7-dək davam edəcək.

AzNews.az
image description image description image description image description