Biznesmen öz Jaguar-nı balaca maşınlarla bəzədi - Video

Malayzilanın sakini Datuk Seri Maxado Badur Zaman öz Jaguar S-Type-nı 4600 “Hot Wheels” oyuncaq maşınları ilə bəzədi.

AzNews.az Turbo.az-a istinadən xəbər verir ki, Zaman - "Financial Genius Group" şirkətin baş direktoru, "Hot Wheels" oyuncaq maşınlarının böyük həvəskarıdır. O, bu maşınları 13 yaşından yığırdı və 34 yaşında onun kolleksiyasında 5000 nüsxə var idi. Bunlardan 4600-nü o, öz avtomobilinin bəzənməsində istifadə edib. Və çox maraqlı bir avtomobil alındı.