• Video
  • 12 May 2017 10:53

“Eurovision” mahnı müsabiqəsində gözlənilməz evlilik təklifi - VİDEO

Ukraynada keçirilən “Eurovision” mahnı müsabiqəsində makedoniyalı müğənni evlilik təklifi alıb.

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, müsabiqənin ikinci yarımfinalında yaşanan romantik hadisə makedoniyalı müğənni Yana Burçeska üçün gözlənilməz olub.

Şounun aparıcısı müğənniyə yaxınlaşaraq ondan müsahibə götürüb. Müğənni aparıcıya tezliklə ana olacağını bildirib. Elə bu zaman onun sevgilisi Aleksandr Yana Burçeskaya evlilik təklif edib.

Aleksandr bildirib ki, o, bu təklifi etmək üçün uyğun zamanı gözləyirmiş. Yana Burçeska sevgilisinin evlilik təklifini qəbul edib.

Romantik səhnənin BBC telekanalında yayımlanmaması izləyicilərin qəzəbinə səbəb olub. Müğənninin fanatları sosial şəbəkələr vasitəsi ilə BBC-yə etirazlarını və şikayətlərini bildiriblər.

Bəxtiyar Abbasov

AzNews.az