- Köhnə - Video
- 2 Avqust 2017 14:15
- 7 342
Köpək balığı balıqçılara hücum etdi – Video
ABŞ sahillərində dənizdə balıq tutmağa çalışan şəxslər köpək balığının hücumuna məruz qalıblar.
AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə 2015-ci ildə baş versə də, video görüntülər yenicə yayılıb.
Kadrlarda köpək balığının kanoeyə bir neçə dəfə zərbə endirdiyini görmək olar. Hətta, zərbələr, az qala, balıqçıların suya düşməsinə səbəb olacaqdı. Lakin, xoşbəxtlikdən, balıqçılar qayıqda qalmağı bacarırlar və bir qədər sonra köpək balığı hadisə yerindən uzaqlaşır.
Bəxtiyar Abbasov
AzNews.az