Qazaxıstanlı nənələr trenajorda müxtəlif hərəkətlərlə məşq ediblər. Qazaxıstanlı nənələr trenajorda müxtəlif hərəkətlərlə məşq ediblər.

Nənələr məşqlərə başlayıblar – Kişilərə ibrət dərsi verirlər + Video

Qazaxıstanlı nənələr trenajorda müxtəlif hərəkətlərlə məşq ediblər.

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, Astana şəhərində yaşlı qadınların trenajorda məşq etməsi hər kəsin diqqətini cəlb edib.

Nənələrin məşq prosesi kifayət qədər intensiv olub. Onlardan biri ayaqlara, digəri sinəyə işləyib. Nənələr yorulmadan bədənlərinin müxtəlif hissələrinə əzələ yığmağa çalışıblar. Daha sonra məlum olub ki, bu, onların birinci belə cəhdi deyil. Artıq bir neçə müddətdir ki, onlar hər səhər bu trenajorlarda məşq edirlər.

Nənələrin əzələlərini şişirtməsi həvəsinin arxasında hansı motivasiyanın dayandığı məlum deyil. Lakin, onlar bu hərəkəti ilə həyatında bircə dəfə də olsun ağırlıq qaldırmayan kişilərə yaxşı ibrət dərsi veriblər.

Bəxtiyar Abbasov

AzNews.az