Rusiyalı müğənni Lolita Milyavskaya onu şəffaf geyiminə görə təhqir edən fitnes-blogerə ağır cavab verib. Rusiyalı müğənni Lolita Milyavskaya onu şəffaf geyiminə görə təhqir edən fitnes-blogerə ağır cavab verib.

“Biz şişmanıq, ərdəyik və seks həyatımız var” – Lolita onu təhqir edən blogerə cavab verdi (Video)

Rusiyalı müğənni Lolita Milyavskaya onu şəffaf geyiminə görə təhqir edən fitnes-blogerə ağır cavab verib.

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, Lolita bir qədər əvvəl Bakıda keçirilən “Jara” konserti zamanı səhnəyə şəffaf geyimdə çıxmışdı.

Fitnes-bloger Lena Miro Lolitanı qoca çirkin və şişman qadın adlandırıb. Lena Miro sağlam və gözəl vücud barədə yazıları, eyni zamanda, artıq çəkili insanları “donuz” adlandırması ilə şöhrət qazanıb.

Lolita ona qarşı yönələn təhqirlərə gülərək belə cavab verib:

“Biz şişmanıq, ərdəyik və seks həyatımız var. Lakin, görünən odur ki, sizin seks həyatınız artıq çoxdandır ki, yoxdur. Çünki, seks həyatı və sevgilisi olan qadın məşhur insanlara – mənim həmkarlarıma, xüsusilə, Alla Puqaçovaya hücum etməyi özünə yaraşdırmaz. Bir gün yaxın dostlarımdan biri Alla Puqaçovaya şər atmaqla məşhurluq qazanmağa çalışırdı. Sonda isə Puqaçovanın fanatları onun başını keçəl qırxdılar. Ona görə də, əziz Lena sizə epilyatorla gəlməyi məsləhət görürəm. Hər halda, epilyasiyanın şəhər qadınları üçün normal bir hal olduğunu bilirsiniz. Ola bilsin ki, sizin dilinizi epilyatorla təmizləyərəm. Bir də ki, çox sağ olun ki, mənə öz şöhrətimi geri qaytardınız”

Bəxtiyar Abbasov

AzNews.az