Amerikalı aktyor Tom Kruz film çəkilişi zamanı zədələnib. Amerikalı aktyor Tom Kruz film çəkilişi zamanı zədələnib.

Məşhur Hollivud aktyoru film çəkilişi zamanı zədələndi - Video

Amerikalı aktyor Tom Kruz film çəkilişi zamanı zədələnib.

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə “Çətin Tapşırıq 6” filminin çəkilişləri zamanı baş verib.

Londonda canlandırılan səhnələrdən birində Tom Kruz binalardan birinin üzərindən digərinə atlanır. Həmin səhnənin çəkilişi zamanı aktyor atlayış gücünü və zamanı doğru müəyyən edə bilmədiyi üçün binanın kənarına çırpılıb. Daha sonra aktyor axsamağa başlayıb.

Zədənin nə dərəcədə ciddi olduğu barədə heç bir məlumat verilmir.

Tom Kruz Hollivudun dublyorsuz rol ifa edən nadir aktyorlarından biridir.

Amerikalı rejissor Kristofer Makkuorrinin çəkdiyi bu film 2018-ci ilin iyul ayında yayımlanacaq.

Bəxtiyar Abbasov

AzNews.az