Avstraliyalı senator Poulin Henson parlamentə çadra ilə gəlib. Avstraliyalı senator Poulin Henson parlamentə çadra ilə gəlib.

Senator parlamentə çadra ilə gəldi - Video

Avstraliyalı senator Poulin Henson parlamentə çadra ilə gəlib.

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, Henson İslam əqidəsinə qarşı etiraz məqsədilə belə bir addım atıb. Senatorun “PHON” partiyası müsəlman geyim tərzinin qadağan olunması üçün təşviqat kampaniyası başladıb. Henson çıxışa başlayan zaman çadranı başından çıxararaq kənara atıb. O, Avstraliya xalqının terror təhlükəsi ilə qarşı-qarşıya olduğunu bildirib.

“Avstraliyalılar qorxu içindədirlər. Əksəriyyət çadranın qadağan olunmasını istəyir. Bunu nəzərə alaraq...”

Senat üzvləri Hensonun nitqini kəsərək ona çıxış etməyə icazə verməyiblər. İran əsilli senator Sem Dastyari Hensonu Avstraliyanın milli təhlükəsizliyinə qarşı hədə mənbəyi adlandırıb.

Hökumət naziri Corc Brendis də senator Hensonun çıxışını tənqid edib. O, müsəlmanları müdafiə edərək qeyd edib ki, Avstraliya çadranı qadağan etməyəcək.

2016-cı ildə Senata üzv seçilən Henson 2 ay əvəl autist uşaqların məktəbdən kənarlaşdırılmasını təklif edərək ictimai qınaq hədəfinə çevrilmişdi.

Bəxtiyar abbasov

AzNews.az